“Bələdiyyə tərəfindən indiyədək 5 iclas keçirilib. iclaslar əsasən sakinlərin müraciətləri əsasında keçirilir” - bu fikirləri belediyye.info saytına açıqlamasında ələt bələdiyyəsinin sədri Azad Musayev deyib. Onun sözlərinə görə, iclaslarda yerli əhəmiyyətli məsələlərlə yanaşı, aztəminatlı ailələrə maddi yardımların göstərilməsi, əlamətdar günlərin təşkili və sair məsələlər müzakirə edilir və birgə qərar qəbul edilir: “9 may-Qələbə Günü ilə bağlı müharibə veteranlarıyla görüş keçirdik, ailələrinə getdik və bayram hədiyyələri təqdim etdik. Bütün bu kimi tədbirlər sonradan protokollaşdırılaraq ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilir”.
A.Musayev qeyd edib ki, əmlak və torpaq vergisinin nağd şəkildə toplanması yeni qaydalara əsasən yanvarın 1-də start verildiyindən poçt vasitəsilə ödəniş həyata keçirilir: “ələt bələdiyyəsi olaraq, bir neçə ay bundan əvvəl ərazidəki 5 saylı poçt filialı ilə müqavilə bağlayıb, hesab açdıq. əməkdaşlarımız tərəfindən əhaliyə bildirişlər paylanılır. Bildirişlərdə də vətəndaşa məxsus əmlakın və torpağın vergisi ümumi şəkildə göstərilir və son ödəmə tarixi qeyd edilir. Düzdür əvvəllər əlbəəl yığım zamanı ayda 1000-1100 manata kimi vergi toplanırdı. Amma son bir neçə ay ərzində bu rəqəm 500-600 manata düşüb. Hesab edirəm ki, əhali yeni qaydalara tam kökləndikdən sonra vəziyyət əvvəlkindən daha yaxşı olacaq”.
A.Musayev deyib ki, bələdiyyələrin maliyyə imkanlarını artırmaq üçün yeni gəlir gətirən xidmət sahələri bu orqanlara veriməlidir: “Təklif edərdim ki, icra orqanları üçün ağır hesab edilən sahələrdən vergilərin toplanılmasını və xidmətin göstərilməsi bələdiyyələrə verilsin. Məişət tullantılarının yığımı, həmçinin xdmət göstərilən sahələrdən yığılan vergilərin də eyni zamanda yerli orqanlara verilməsi bu gün vacib hesab edilən məsələlərdəndir.
Fikrimcə, pilot şəklində bələdiyyələrə verilərək yoxlanılması daha münasib olardı. Beləki bu işi öhdəsindən gələ bilməyən bələdiyyələrə bu xidmət sahəsi verilməyə bilər. Məhz bu xidmət sahəsiylə bağlı bəzən yerli MKiS- lərlə bələdiyyə arasında müəyyən mübahisələr yaranır.”
Bəxtiyar Məmmədli